Şifer növlərindən biri qadağan edilir: Ağır xəstəliyə səbəb olurmuş
Uzun illərdir ki, fərdi yaşayış evlərinin və köhnə tikililərin dam örtüyündə istifadə olunan asbest tərkibli şiferlərin satışı qadağan olunur. Bu tipli materialların istehsalı və istifadəsi mərhələli şəkildə dayandırılacaq.
Baku TV-nin xəbərinə görə, müvafiq qanuna edilən dəyişikliklə, Ümumdünya Səhiyyə Təşkilatının xərçəng yaradan maddələr siyahısında yer alan sözügedən tikinti materialının dövriyyədən çıxarılması ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi və onkoloji xəstəliklərin profilaktikası istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Ekspertlərin sözlərinə görə, asbest tərkibli məhsullar zamanla havaya zərərli liflər buraxır. Bu da tənəffüs yolu ilə orqanizmə daxil olaraq ciddi xəstəliklərə səbəb ola bilir.
Mütəxəssislər onu da bildirirlər ki, materialın indiyə qədər tətbiq edildiyi yerlərdə söküntü aparılmayacaq. 2027-ci ilin iyulun 1-dən etibarən isə Azərbaycana asbest və tərkibində asbest olan materialların idxalı, eləcə də onun istehsalı və satışı tamamilə dayandırılacaq.
Qeyd edək ki, Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları artıq qadağan edilib.
Oxşar xəbərlər
Son bir ildə Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan 5 400-dən çox şəxsə xidmət göstərilib
Son bir ildə Naftalan Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalin...