Şagirdlərin məktəb forması dəyişəcək - QİYMƏTLƏR - VİDEO

"Bakı Tikiş Evi” (BTE) ASC yeni tədris ili üçün hazırlanacaq məktəbli formaları üçün artıq iki ölkədən parçalar sifariş verib. Türkiyə və Belarusdan gələn parçalar əsasında hər gün ölçülərə uyğun 150-200 forma tikilir.
BAKU.WS xəbər verir ki, yeni məktəbli formasının növləri rənginə görə fərqlənirlər. Ətək və şalvarlar şabalıdı, göy və yaşıl rəngdə, köynəklər isə ağ və ağ-yaşıl rəngdədir.
26-54 ölçü aralığındakı ətək və şalvarlar 25 manat, köynəklər isə 15 manatdır. Yerli istehsal olan jaketlər 25 manat, Türkiyə istehsalı olanlar isə 30 manata satılacaq.
Ətraflı ARB-nin videomaterialında izləyə bilərsiniz:
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...
