Şadlıq evi rəhbərliyinə cinayət işi açılıb

Şadlıq evi rəhbərliyinə cinayət işi açılıb
Sosial 197

Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyinə cinayət işi açılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-ə bildirib ki, bir neçə gün öncə Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Gülüstan” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı “icaze.e-gov.az” portalında yanlış məlumatların daxil edilməsi müəyyən olunub.

Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

RPŞ əməkdaşları ikinci dəfə həmin restoranda monitorinq aparan zaman analoji hadisənin təkrarlanmasını aşkar edib.

Restoran inzibatçısı Valeh Hacıyev barəsində Cinayət Məcəlləsinin 139.1-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) ilə cinayət işi başlanıb. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər