Şabranda 15 yaşlı uşaq balıqdan zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran rayonunda 15 yaşlı oğlan hisə verilmiş balıqdan zəhərlənib.
Bu barədə BAKU.WS-ə Kliniki Tibbi Mərkəzin Mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, iyulun 5-də qida zəhərlənməsi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 15 yaşlı Vüsal Mirzəgülov çoxsaylı tibbi müdaxilə və müalicələrdən sonra sağlamlığına qovuşub.
"O valideynlərinin köməkliyi ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, müalicələr nəticə verməyib. Yeniyetmə ağır vəziyyətdəTəcili Tibbi Yardım maşını ilə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib və süni tənəffüz aparatına qoşulub. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkündür. Hazırda uşağın vəziyyəti stabildir",-E. Hidayətoğlu deyib.
Qeyd edək ki, hazırda 15 yaşlı Vüsal Mirzəgülovun xəstəxana şəraitində müalicəsi davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...