"Səssiz ölüm" yenə can aldı: Ekspertlər həyəcan təbili çaldı

Səssiz ölüm yenə can aldı: Ekspertlər həyəcan təbili çaldı
Sosial 68

Havalar soyuyandan dəm qazından boğulma halları sürətlə artıb.

"Səssiz ölüm" isə yaşa baxmır.

Tovuz rayonunun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il təvəllüdlü Ramiz Bayramov gecələdikləri atalarına məxsus evdə dəm qazından boğulanlardandır.

Bundan başqa, Sumqayıtda ailənin üç üzvü dəm qazından zəhərlənib, onlardan biri dünyasını dəyişib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olanların sayı oktyabrda daha çox olub.

Hələ qış gəlməsə də, qeyri-sabit hava şəraitinə görə paytaxtda və bölgələrdə vətəndaşlar evlərini isitmək üçün qaz sobalarından istifadə edirlər.

Təhlükəsizlik ekspertləri bildiriblər ki, sobanın vaxtlı-vaxtında və tam təmizlənməməsi, yaxud yanlış quraşdırılması səbəbindən dəm qazı içəri sızır.

Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, qaz cihazlarının istifadə olunduğu məkanların hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır:

"Belə məkanlarda havalandırma sistemi işləməli, nəfəslik açıq olmalıdır. Qaz cihazlarının istifadə olunduğu hamam otaqlarında ventilyasiya borusu, qapıların aşağısında dəliklər olmalıdır. Tüstü bacaları ildə 2 dəfə təmizlənməlidir".

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər