Sərnişinlərin NƏZƏRİNƏ! - Bunu etsəniz, 30 AZN CƏRİMƏLƏNƏCƏKSİNİZ

Sərnişinlərin NƏZƏRİNƏ! - Bunu etsəniz, 30 AZN CƏRİMƏLƏNƏCƏKSİNİZ
Sosial 7199

Avtomobil idarə edərkən sürücülərin yanında əyləşən sərnişinlər də yola zibil atarlarsa, onları cərimə gözləyir.

BAKU.WS xəbər verir ki, bu barədə DYP-nin baş inspektoru Araz Əsgərli "ARB24"-ün efirində danışıb.

"İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq sürücülər üçün 40 AZN, sərnişinlər üçün isə 30 AZN cərimə nəzərdə tutulur. Hər bir şəxs bilməlidir ki, paytaxt xüsusi texniki vasitələr və müşahidə kameraları ilə nəzarət altındadır", - deyə baş inspektor əlavə edib.

DİN rəsmisi həmçinin deyib ki, avtomobilindən yola zibil atanların görüntüləri ictimailəşdirə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər