“Semaşko”da həkimlərin maaşlarına əlavələr iki dəfə azaldılıb - İDDİA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara verilən əlavələrin 50 faizinin ödənməsi planlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a xəstəxanada çalışan həkimlər məlumat veriblər.
Bildirilib ki, bu gün onlara yanvar ayından ödənilməyən əlavələrin verilməsi ilə bağlı yeni məlumat açıqlanıb:
“Bizə bildirildi ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən həkimlərə ödəmələrin 50 faizi, tibb bacıları üçün isə ödəmələrin 30 faizi köçürüləcək. Buna səbəb xəstələrin sayının az olmasıdır. Bu, düzgün deyil. Xəstə az olsa da, biz koronavirus xəstələrinə baxmışıq. İndi isə əlavələr yarıbayarı azaldılıb”.
***09:15
1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün onlara verilən əlavələrin yanvar ayından ödənilmədiyini bildiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a xəstəxanada çalışan həkimlər məlumat veriblər.
Onların sözlərinə görə, bu ilin yanvar ayından həkimlərə əlavə ödənişlər verilmir. Həkimlər iddia ediblər ki, onlara fevral ayının əməkhaqları verilməyib.
Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, bu gün ərzində ödəniş olacaq:
“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yanvar ayı üzrə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələrin ödənişi davam edir. Ödənişlərin 11 mart tarixində başa çatması nəzərdə tutulur”.
“Dövlət tibb müəssisələri tərəfindən siyahılar göndərildikdən sonra agentlik fevral ayı üzrə də ödənişlərə başlayacaq”, - deyə qurumdan qeyd edilib.
Oxşar xəbərlər
Səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələr...