"Şaxta baba": "Yaxşı imkanım var idi"
Artıq yeni ilə qədəm qoymuşuq. Hər yer al-əlvan bəzədilsə də, Bakının mərkəzində, parklarda qurulmuş yolkaların yanında çox az sayda Şaxta baba və Qar qız görmək olur.
Baku TV əməkdaşları Həsən bəy Zərdabi küçəsində yaşayan "Şaxta baba" ilə həmsöhbət olublar.
O, illərdir bu küçədə yaşadığını, uşaqları sevindirmək üçün isə həmin kostyumu geyindiyini bildirib.
"Buraya zibil atmağa gələn hər kəs məni çox yaxşı qarşılayır. Pul verən də olur, yemək verən də. Uşaqlar üçün xonça hazırlamışam, buradan keçən uşaqlara içindəki konfetlərdən verirəm. Şaxta baba paltarını yaxınlıqdakı mağazadan 50 manata almışam, əsamı isə özüm düzəltmişəm".
"Şaxta baba" ailəsi ilə bağlı suallardan isə qaçmağa çalışıb.
"Yaxşı imkanım var idi. Ailəm var idi, artıq mənim üçün yox kimidirlər. Mən hamı ilə mehriban olmağa çalışmışam həmişə, onlar niyə belə etdilər, bilmədim. Tam açıq hər şeyi danışa bilmərəm, bunlar ailə məsələləridir".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
ADY Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb
Yanvarın 3-dən bərpa edilən Bakı-Balakən-Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 %-dən çox olub. Bu barədə "Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (...