Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
"Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib.
"Report"un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində verilib. Qərara əsasən onun barəsində 3 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Şahnaz Bəylərqızı ötən gün saxlanılıb.
Xatırladaq ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Lökbatandakı yanğında anbarın 21 min kvadratmetri yanıb
Lökbatanda ötən gün baş verən yanğında anbarın 21 min kv.m yanıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Qaradağ ra...