Sağlamlığımızın yeni düşməni aşkarlanıb
Uzun illər ərzində mütəxəssislər ürək xəstəliklərinin və piylənmənin əsas səbəbini yağlı qidalarda görürdü.
BAKU.WS “milli.az”a istinadən xəbər verir ki, yağlı qidalar orqanizmdə "pis" xolesterinin səviyyəsini artırır ki, bu xolesterin də damarlarda toplanaraq damarların daralmasına, daha kövrək və zəif olmasına, tez partlamasına səbəb olur. Bu isə ürək-damar sistemi xəstəliklərinin, insult və infarkt kimi ağır pozulmaların riskini artırır.
Bu səbəbdən mütəxəssislər insanlara qidalanmada yağları mümkün qədər məhdudlaşdırmağı tövsiyə edirdilər. Bu illər ərzində davam etsə də heç bir müsbət nəticə verməyib.
Əksində bu qidalanma prinsipi xüsusilə populyar olan ölkələrdə (xüsusilə ABŞ-da) ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölüm hallarının sayı daha da artıb.
2011-2012-ci illərdə alimlər yeni araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yağlı qidalardan imtina heç də ürək-damar sistemi xəstəliklərdən qorumur. Dünyada ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi yağlar deyil, şəkər və tütündür.
"Komsomolskaya pravda" xəbər verir ki, Kaliforniya Universiteti alimi professor Henrix Şmidt sübut edib ki, məhz şəkərin çoxlu miqdarda qəbulu ciddi damar problemlərinə və nəticədə insulta səbəb olur.
Orqanizmdə şəkər (fruktoza və ya qlükoza) molekulları zülallar və piylərlə birləşir ki, bunun nəticəsində "fruktozamin" maddəsi əmələ gəlir.
Bu maddə hüceyrələrdə toplanaraq damar divarlarını zədələyir və həmçinin dərinin kollagen və elastan liflərinin dağılmasına səbəb olur.
Nəticədə insanın damarları və dərisi qocalır, zəifləyir. Zəif damarlar daha tez partlayır ki, bu da insulta səbəb olur.
Digər araşdırmalar göstərib ki, şəkər həmçinin sümüklərin sağlamlığına mənfi təsir edir və immun sistemini zəiflədir.
Beləliklə, özünüzü ürək-damar sistemi xəstəliklərindən, piylənmədən və tez qocalmaqdan sığortalamaq istəyirsinizsə şəkərin qəbulunu məhdudlaşdırın.
Alimlər gün ərzində 4-6 çay qaşığından artıq şəkəri qəbul etməyi tövsiyə etmir. Söhbət tək təmiz şəkərdən getmir. Şəkər bir çox hazır məhsulların, qazlı içkilərin və s. tərkibinə daxildir.
Oxşar xəbərlər
Azərbaycanlıların tez və qəflətən ölmələrinin SƏBƏBİ BİLİNDİ
Dünyada trans yağların istehlakı nəticəsində ölüm hallarının üçdə ikisinə qədəri ABŞ, Azərbaycan, Banqladeş, Butan, Ekvador, Hindistan, İran, Kanada, Koreya Res...