Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı

Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı
Sosial 156

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (PHŞ) "Naxçıvan Yol Təmir Tikinti İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru işdən çıxarılıb.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Cəfər Məhərrəm oğlu Muxtərov müvafiq əmrlə vəzifəsindən azad olunub. Onu MMC-nin direktor müavini Hidayət İmanov əvəz edir.

Qeyd edək ki, Cəfər Muxtərov vaxtilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb. 2016-cı ildə Ali Məclisin ovaxtkı sədri Vasif Talıbov tərəfindən vəzifəsindən azad edilib.

Xatırladaq ki, bu ilin fevral ayında "Şərur Yol Təmir Tikinti İstismar" MMC, "Culfa Yol Təmir Tikinti İstismar" MMC, "Kəngərli Yol Təmir İstismar" MMC, "Babək Yol Təmir İstismar" MMC, "Sədərək Yol Təmir İstismar" MMC, "Şahbuz Yol Təmir İstismar" MMC, "Ordubad Yol Təmir İstismar" MMC "Naxçıvan Yol Təmir Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşdirilib. MMC-nin qanuni təmsilçisi Cəfər Məhərrəm oğlu Muxtərov seçilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ

Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ

Göyçay şəhərinin bir sıra küçə və prospektlərində asfalt örtüyünün əsaslı şəkildə yenilənməsi nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, Göyçay Rayon İcra Hak...

1 Sosial 21:30 06 oktyabr 2026

Son xəbərlər