Sabahdan Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır

Sabahdan Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır
Sosial 256

COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin zolaqlardan oktyabrın 31-i günün sonunadək minik avtomobilləri də istifadə edə bilər.

Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

1 noyabr tarixindən isə 26 küçə və prospektdə - Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.

Oxşar xəbərlər

İmtahanda 700 bal toplayan məzunlar

İmtahanda 700 bal toplayan məzunlar

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-c...

248 Sosial 23:50 24 iyul 2025

Son xəbərlər