Sabahdan avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə veriləcək
30
apr
2018
15:27
Mayın 1-dən yay fəsli ilə əlaqədar avtomobillərə pərdə və plyonkaların vurulmasına icazə veriləcək.BAKU.WS-in məlumatına görə, bu icazə noyabrın 15-dək qüvvədə olacaq. Nəqliyyat vasitəsinin şüşələrinin görünüşünün məhdudlaşdırılması, şəffaflığın korlanması ilə əlaqədar pərdə, plyonka və digər örtüklərin quraşdırılaraq avtomobilin idarə edilməsi "Yol hərəkəti haqqında" Qanuna edilmiş 1 saylı əlavənin tələbinə əsasən, inzibati məsuliyyət yaradır. Lakin isti hava şəraiti ilə əlaqədar may ayının 1-dən noyabr ayının 15-nə qədər idarə edilən avtomobilin, yüngül minik avtomobillərinin arxa və arxa sağ-sol şüşələrinin sənaye üsulu ilə hazırlanmış və standartların tələblərinə uyğun olan "ştorka" və jalüzlərin quraşdırılaraq idarə edilməsinə icazə verilir. Standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, xamelyon şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərimələnəcək.BAKU.WS
Oxşar xəbərlər
Sürücülərə edilən qadağanın vaxtına 3 həftədən az vaxt qaldı: 150 AZN cərimə
Avtomobillərin yan şüşələrindəki pərdə və plyonkalara görə reydlərin başlamasına az vaxt qalıb.BAKU.WS-in məlumatına görə, 2013-cü ilin 15 aprel tarixində Metro...