Bu gün son gündür: 150 manat cərimə
"Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, həmin sürücülər 150 manat məbləğində cərimə ediləcəklər: "May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilmişdi. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər".
Oxşar xəbərlər
Sürücülərin nəzərinə! Yol polisi reydlərə başlayır - VİDEO
Avtomobillərin yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də başa çatır. Yol polisi noyabrın 16-dan artıq bu q...