Sürücülərə edilən qadağanın vaxtına 3 həftədən az vaxt qaldı: 150 AZN cərimə
28
okt
2017
09:45
Avtomobillərin yan şüşələrindəki pərdə və plyonkalara görə reydlərin başlamasına az vaxt qalıb.BAKU.WS-in məlumatına görə, 2013-cü ilin 15 aprel tarixində Metrologiya və Patent üzrə dövlət komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.16 noyabr tarixindən etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulacaq.Yalnız maşınların arxa alın şüşəsinə vurulan pərdə və görüntünü məhdudlaşdıran vasitələrə icazə veriləcək. Bundan başqa bəzi avtomaşınların arxa tərəfində yük hissəsinin şüşələrinə jalüz və görüntünü məhdudlaşdıran vasitələrin vurulmasına da icazə verilir.Bu qadağa əməl etməyən sürücülər yol hərəkatı qaydasının maddəsinə əsasən 150 manat cərimə ediləcək.BAKU.WS
Oxşar xəbərlər
Mövsüm başladı-Bu gündən pərdə və jalüzlərə icazə veriləcək (VİDEO)
Artıq sabahdan avtomobillərə pərdə və jalüz vurmağa icazə verilir. Əməkdaşlarımız bunu nəzərə alaraq avtomobil pərdəsi və jalyuz bazarını araşdırıb. Bu vasitələ...