Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
Sosial 1496

 

"Abşeron” və "Hacıqabul” magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

BAKU.WS SOCAR-ın saytına istinadən xəbər verir ki, sentyabrın 6-də saat 09:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin "Abşeron” magistral qaz kəmərləri sahəsinin "Alatava”, "Hacıqabul” magistral qaz kəmərləri sahəsinin "Qarasu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Talış, Qarasu və Abdulabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Nəsimi, Binəqədi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

BAKU.WS

Oxşar xəbərlər

Qaz olmayacaq

Qaz olmayacaq

Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. BAKU.WS SOCAR-ın saytına istinadən xəbər verir ki, sentyabrın 2-də saat 10...

1839 Hadisə 21:34 01 sentyabr 2016

Son xəbərlər