Sabah bu rayonlar qazsız qalacaq

Sabah bu rayonlar qazsız qalacaq
Sosial 2344

 

Sabah bəzi rayonlarda qaz olmayacaq.  

BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, martın 9-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Lökbatan yolayırıcı” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ağsu” və "Kürdəmir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

BAKU.WS

Oxşar xəbərlər

Sabah qaz olmayacaq

Sabah qaz olmayacaq

Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. BAKU.WS SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 24-də saat 09:...

2357 Sosial 17:31 23 fevral 2016

Son xəbərlər