Sabah Azərbaycanın bəzi yerlərində qaz olmayacaq

Sabah Azərbaycanın bəzi yerlərində qaz olmayacaq
Sosial 1904

Sabah Azərbaycanın bəzi rayonlarında qaz olmayacaq.

BAKU.WS-in məlumatına görə, sabah saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "5-ci siyirtmə”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Zaqatala”, Qazax magistral qaz kəmərləri sahəsinin "Alabaşlı” və "Köçəsgər”, Astara magistral qaz kəmərləri sahəsinin "Saatlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Şıxlı, Qaymaqlı və Kəmərli, Xaçmaz rayonunun Xudat və Yalama, Samux rayonunun Qarayeri, həmçinin Ağstafa rayonunun Köçəsgər, Eynallı, Köhnə qışlaq, Tatlı, Yuxarı Göycəli və Aşağı Göycəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin, İmişli, Saatlı, Sabirabad və Zaqatala rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

BAKU.WS

Oxşar xəbərlər

Ermənilər cəbhədə qumbaraatanlarla hərəkətə keçdi

Ermənilər cəbhədə qumbaraatanlarla hərəkətə keçdi

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə...

1449 Hadisə 10:13 01 sentyabr 2015

Son xəbərlər