Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
Sosial 1289
 

Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, avqustun 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zirə-Şimal DRES” qaz kəmərinin 11-ci kilometrliyində, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Şirvan” və Qazax magistral qaz kəmərləri sahəsinin "Bayramlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Şirvan rayonunun Hacıqəhramanlı və Şəki rayonunun Bayramlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, Sahil və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

BAKU.WS

Oxşar xəbərlər

Bu gün bu rayonlarda qaz olmayacaq

Bu gün bu rayonlarda qaz olmayacaq

Hacıqabul və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. BAKU.WS SOCAR-a istinadən məlumat verir ki, mayın 13-də saat 10:30-dan 18:...

970 Sosial 10:49 13 may 2016

Son xəbərlər