Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
Sosial 2714

 

Aprelin 20-də saat 10-dan 18-dək SOCAR-ın "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Mehdiabad”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ərəbqədim” və "Mədrəsə”, Astara magistral qaz kəmərləri sahəsinin "Avrora”, "Xarxatan”, "Tüklə” və "Masallı” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Abşeron rayonunun Mehdiabad, Qobustan rayonunun Ərəbqədim, Şamaxı rayonunun Mədrəsə, Masallı rayonunun Ərkivan, Boradigah, Axundov və Tüklə kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, aparılan işlərin Lənkəran rayonunun və Masallı şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakının 3 rayonunda qaz olmayacaq

Sabah Bakının 3 rayonunda qaz olmayacaq

Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. BAKU.WS SOCAR-ın saytına istinadən məlumat verir ki, martın 18-də saat 11:00...

2109 Sosial 19:57 17 mart 2016

Son xəbərlər