Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI

Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI
Sosial 3480
 

Abşeron, Ağdaş, Ağdam və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

BAKU.WS SOCAR-ın saytına istinadən xəbər verir ki, avqustun 31-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zığ”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Borsunlu”, "Dəliməmmədli” və "Zazalı”, Ağdam magistral qaz kəmərləri sahəsinin "Bərdə”, həmçinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Taxtalar” və "Siyəzən Broyler” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Samux rayonunun Əliuşağı, Zazalı və Qiyaslı kəndlərinin, eyni zamanda Goranboy rayonunun Dəliməmmədli və Borsunlu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xətai və Suraxanı, Şabran, Siyəzən, Bərdə və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

BAKU.WS

Oxşar xəbərlər

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, avqustun 5-də saat 10:...

1289 Sosial 17:36 04 avqust 2016

Son xəbərlər