Sabah Biləsuvarda əmək yarmarkası keçiriləcək
15
apr
2025
20:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 16-da Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçiriləcək.
"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Oxşar xəbərlər
Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələ...