Sabah Bakının 3 rayonunda qaz kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 10-da Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.
Bu barədə BAKU.WS-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...