Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 29-34, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Bakı Ali Neft Məktəbinin 34 məzunu xarici təhsil Dövlət Proqramına qəbul olunub
Bakı Ali Neft Məktəbinin 34 məzunu xarici təhsil Dövlət Proqramına qəbul olunub. BAKU.WS xəbər verir ki, bu barədə ali təhsil ocağı məlumat yayıb. Bildirilib ki...
