Sabah Bakıda QAR YAĞACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yağıntı gündüz tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Oxşar xəbərlər
Bakıda və Abşeronda küləyin sürəti 27 m/s-ə çatıb
Noyabrın 15-i saat 18:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU...