Sabah Bakıda və Abşeronda hava necə olacaq? - Proqnoz AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI
Bakının daşınmaz əmlak bazarında, xüsusilə yeni tikili mənzillərin qiymətində artım davam edir. Oktyabr ayının nəticələrinə əsasən, paytaxtın bəzi rayonlarında...