Sabah Bakıda bu qəsəbədə QAZ OLMAYACAQ

17
sen
2025
18:08
Sabah Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
Bu ərazidə avtmobil yolları əsaslı TƏMİR OLUNACAQ
İmişli Rayon İcra Hakimiyyəti şəhərin küçələrində avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tender elan edib. BAKU.WS-in məlumatına görə, layihənin üm...
