Restoranda toydan sonra süfrədə qalan yemək davası - VİDEO

Restoranda toydan sonra süfrədə qalan yemək davası - VİDEO
Video
Sosial 3144

Toy sahibləri restoran rəhbərlərindən şikayət edirlər. Onların toydan sonra stolun üzərində qalan yemək və içkiləri aparmağa icazə vermədiklərini deyirlər.

İnsanların sözlərinə görə, restoran rəhbərləri bunu bilərəkdən edirlər.

Restoran rəhbərləri isə səsləndirilən iddiaları əsassız adlandırırlar. Bəy və gəlinin ailəsinə toy bitdikdən sonra 7 nəfərlik yemək təqdim etdiklərini, qane olmadıqları təqdirdə isə stoldakıları da aparmağı təklif etdiklərini söyləyirlər.

Deyilənlərə görə şirə və içkilərdən başqa köhnə yeməklər süfrəyə düzülmür.

Restoran rəhbərləri deyir ki, toy sahibləri mətbəxə nəzarətçi də təhkim edə bilər. Bir sıra restoran rəhbərləri isə deyir ki, stolda qalan yeməkərin aparılması məsələsi toy danışığı zamanı razılaşdırılmalıdır.

Maraqlısı budur ki, restoran sahibləri qonaq gəlmədikdə belə onun üçün nəzərdə tutulmuş masanın pulunu tələb edirlər. Belə çıxır ki, müştəri bütün qonaqlar üçün verilən qidanın pulunu ödəmiş hesab olunur. Məntiqlə həmin qidaları özü ilə aparmağa ixtiyarı çatır.

Antiintisar Siyasəti və İstehlakçıları Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirdilər ki, əslində toy sahibi ilə restoran rəhəbərliyi arasında müqavilə imzalanmalı və bu məsələdə orada əksini tapmalıdır. Bu cür problemlərin əsas səbəbi də məhz ortada hüquqi bir sənədin olmammasıdır.(xezerxeber.com)

BAKU.WS 

Oxşar xəbərlər

Emin Ağalarov yeni restoran açır

Emin Ağalarov yeni restoran açır

Müğənni Emin Ağalarov və rusiyalı prodüser Maks Fadeyev uşaqlar üçün restoran açır. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, "U dydya Maksa” ("Maks...

2166 Şou-biznes 14:30 08 avqust 2016

Son xəbərlər