Yemək yeyərkən telefondan istifadə etməyənlərə dondurma hədiyyəsi (FOTO)

Yemək yeyərkən telefondan istifadə etməyənlərə dondurma hədiyyəsi (FOTO)
Şou-biznes 1260

ABŞ-da "Chick-Fil-A" adlı toyuq restoranı şəbəkəsi maraqlı bir kampaniya təşkil edib.

BAKU.WS məlumat verir ki, ölkə səviyyəsində 150-dən çox filalı olan restoran yemək boyunca əlinə telefon almayan müştərilərə dondurma hədiyyə edir. Bu ideya şirkətin Corciya ştatında olan filalındakı administratoru Brad Villiams tərəfindən irəli sürülüb.  

Villiams ailəvi yeməyə gələnlərə "Telefon kafesi" adlanan qutunu verir. Qutunun üzərində isə kampaniyanın şərtləri qeyd olunub:

1. Ailənin hər bir üzvünün telefonu səssiz rejimə qoyaraq "Telefon kafesi" adlanan bu qutuya qoyulmalıdır.

2. Diqqətinizi dağılmadan yemək yeməkdən və bir-birinizlə ünsiyyətdən zövq alın. 

3.Yeməyinizi yeyib bitirdikdən sonra qeyd olunan bütün şərtlərə əməl etməyinizlə bağlı bizə məlumat verin. Bundan sonra bizdən hədiyyə olaraq dondurmanızı ala bilərsiniz.

Şirkətdən təşkil olunan kampaniya ilə bağlı qeyd olunan əlavə elanda bildirilir ki,- "Hər nə qədər telefonlar bizi bir-birimizə yaxınlaşdırmaq üçün var olsalar da, bəzən tam əks təsirləri də olur" 

BAKU.WS

Oxşar xəbərlər

Yaponlardan mobil telefonlarla bağlı inqilabi kəşf (FOTO, VİDEO)

Yaponlardan mobil telefonlarla bağlı inqilabi kəşf (FOTO, VİDEO)

Yaponlar yeni smartfonlar icad ediblər. BAKU.WS-in məlumatına görə, həmin mobil telefonlar digərlərindən bir neçə funksiyasına görə fərqlənir. Yaponiyalı mütəx...

2186 Şou-biznes 10:29 24 fevral 2016

Son xəbərlər