Arda Turanın 3 milyonluq restoranı (FOTO)

Arda Turanın 3 milyonluq restoranı (FOTO)
Şou-biznes 2637

 

Futbolda qazandığı pullarla iş həyatına sərmayələr qoyan futbolçu Arda Turan özünə yeni restoran açıb. 

BAKU.WS "Hürriyet”ə istinadən məlumat verir ki, "Barselona" klubunun ulduz oyunçusu uzun müddətdir reallaşdırmaq istədiyi restoran layihəsini nəhayət ki, həyata keçirib. "Arxiv" adlanan restoran Ardaya 3 milyon lirəyə (təxminən 1 milyon 578 min manat) başa gəlib. 

Futbolçunun yeni açdığı məkanda əsasən Türkiyə mətbəxinin təamları yer alacaq. Yeməklərdə istifadə olunan ərzaqlar isə orqanik olaraq xüsusilə Türkiyədən gətiriləcək.

150 nəfərlik qonağı qəbul edəcək olan restoranın ilk fotolarını futbolçu İnstaqram hesabında paylaşıb:

"Türkiyə mətbəxinin təqdim olunduğu restoranımız açıldı. Şişlidə sevgi, məhəbbət var. Yolunuzu gözləyirik" -, deyə futbolçu yazıb.

Yaxın dostu Camal Sarıhanla birlikdə restoranlar şəbəkəsi qurmağı planlaşdıran Ardanın Avropada da şöbə açacağı gözlənilir.

BAKU.WS

Son xəbərlər