"Yaşıl bazar"da satıcılara evdən yemək gətirmək qadağan olundu

Yaşıl bazarda satıcılara evdən yemək gətirmək qadağan olundu
Sosial 2025

 

"Əvvəl bazarda işləyəndə evdən yemək gətirmək olurdu. İndi isə bazar rəhbərliyi özündən qərar çıxarıb. Deyirlər ki, yeməyi ancaq bazarın kafesində yeməlisiniz. Heç kənardan da nəsə sifariş verməyə imkan vermirlər".

Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində "Yaşıl bazar"da çalışan satıcı Samir Vəliyev söyləyib. Onun sözlərinə görə, bazarda işləyən hər kəsə bu qadağa tətbiq olunur. Samir deyir ki, kafedən kənarda yemək yeyənləri ya bazardan çıxardırlar, ya da təzyiq göstərirlər.

"Mən başa düşmürəm. Nəcə ola bilər ki, bazar rəhbərliyi bizim yediyimizə qarışır? İmkan vermirlər bir tikə çörək pulumuzu qazanaq. O bir tikəni də deyir gəl məndən al. Belə getsə bazardan da çıxıb gedib evdə oturacam. Belə monopolistlərin əlindən camaat yaşıya bilmir", - deyə satıcı bildirib.

BAKU.WS

Son xəbərlər