Kəbirə Məmmədova “Binə"də aksiya keçirilməsi xəbərinə aydınlıq gətirdi (YENİLƏNİB, VİDEO)

Kəbirə Məmmədova “Binədə aksiya keçirilməsi xəbərinə aydınlıq gətirdi (YENİLƏNİB, VİDEO)
Video
Video 2647

Bəzi Kütləvi İnformasiya Vasitələrində Bakının Qaradağ rayonunda fəaliyyət göstərən "Binə Ticarət Mərkəzi”ndə satıcılar aksiya keçirməsi xəbərləri yayılıb. 

BAKU.WS-in məlumatına görə, guya bazarda yer haqqı qaldırıldığı üçün satıcılar etiraz ediblər. Satıcılar tələb ediblər ki, ya yer pulu azaldılsın. Yaxud da onlar işləmək istəmirlər. Yazılanlara görə, bu səbəbdən onlarla satıcı və sahibkar mağazalarını bağlayıblar. Onlar icarə haqlarının aşağı salınmasını tələb edirlər. Məsələyə aydınlıq gətirmək üçün Binə Ticarət Mərkəzində çalışan satıcılarla əlaqə saxladıq. Satıcılar BAKU.WS-ə bildirdilər ki, yazılanlar kimi aksiya keçirilmir. Sadəcə bəzi sahibkarlar ticarət mərkəzində yer haqqının çoxluğuna görə rəhbərliyə narazılıqlarını bildiriblər. Ticarət mərkəzinin rəhbərliyindən bildirilib ki, yaxın günlərdə icarə haqqı azaldılacaq. Deyilənlərə aydınlıq gətirmək üçün "Binə Ticarət Mərkəzi”nin müdirəsi Kəbirə Məmədova ilə əlaqə saxladıq. Kəbirə xanım BAKU.WS-ə bildirdi ki, deyilənlərin hamısı şayiədir. Onun sözlərinə görə, bu bir qrup təxribatçının yaydığı böhtandır. "Biz 2008-ci ildən bura köçmüşük. O vaxtdan bəri icarə haqqları nəinki qaldırılıb, hətta bu məbləğ bir az azaldılıb. Biz satıcılara daim güzəştlər edirik. Yaxın günlərdə yenə də güzəştlər edəcəyik. Yer pulunun qaldırılması məsələsi isə ağ yalandır”, - deyə Kəbirə Məmədova bildirib. Onun sözlərinə görə, bazarda aksiya keçirilməsi məsələsi də yanlışdır.  Qaradağ rayon Polis İdarəsindən də BAKU.WS-ə aksiyanın keçirilməsi məsələsinin yalan olduğu bildirildi.

Kəbirə Məmmədova aksiyanın keçirilmədiyini bildirilsə də sosial şəbəkələrdə aksiyanın videosu yayılıb. Həmin videonu təqdim edirik: Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

"Karvan" ticarət mərkəzində etiraz aksiyası: mağazalar bağlandı

"Karvan" ticarət mərkəzində etiraz aksiyası: mağazalar bağlandı

Sumqayıtda "Karvan” ticarət mərkəzində çalışan sahibkarlar icarə haqlarının yüksək olmasına etiraz edərək mağazaları açmırlar. BAKU.WS-in məlumatına görə, bu h...

2047 Hadisə 14:36 15 yanvar 2016

Son xəbərlər