"Karvan" ticarət mərkəzində etiraz aksiyası: mağazalar bağlandı

Karvan ticarət mərkəzində etiraz aksiyası: mağazalar bağlandı
Hadisə 2047

 

Sumqayıtda "Karvan” ticarət mərkəzində çalışan sahibkarlar icarə haqlarının yüksək olmasına etiraz edərək mağazaları açmırlar.

BAKU.WS-in məlumatına görə, bu haqda musavat.com-a ticarət mərkəzində çalışan işçilər məlumat verib.

Sahibkarlar iqtisadi böhrandan sonra çətin durumda olduqlarını, icra haqlarının da yüksək olmasının onlar üçün ciddi problem yaratdığını deyirlər. Sahibkarların tələbi icarə haqlarının endirilməsidir.

Ticarət mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşündə heç bir güzəşt etməyəcəyini bildirib. Daha sonra sahibkarların mağazaları açmadığını və fikirlərində qəti olduğunu görən A.Əhədov onlarla razılıq əldə etmək üçün danışıq aparmağı qəbul edib. 

Hazırda A.Əhədovla sahibkarlar arasında danışıqlar gedir.

BAKU.WS

Oxşar xəbərlər

Bakının mərkəzində mağazalar niyə bağlanır?

Bakının mərkəzində mağazalar niyə bağlanır?

"Keçən ilin əvvəllərində tıxaclarla mübarizə ilə bağlı yol kənarında qanunsuz avtomobil saxlanması ilə bağlı mübarizə başlanmışdı. Nəticədə mərkəzdəki bir çox k...

1016 İqtisadiyyat 14:20 16 dekabr 2015

Son xəbərlər