“Topaz”dan pul udanlardan 10 faiz vergi tutulacaq (VİDEO)

“Topaz”dan pul udanlardan 10 faiz vergi tutulacaq (VİDEO)
Video
Sosial 4405

Gələn ildən etibarən Azərbaycanda idman-mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz vergi tutulacaq.

BAKU.WS-in məlumatına görə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, idman mərc oyunlarından udulan məbləğ 10%-lə vergiyə cəlb ediləcək.

Xatırladaq ki, Azərbaycan hökuməti ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini artırmağı təklif edir. Vergi Məcəlləsinə düzəlişlər layihəsi parlamentə təqdim olunub. Məcəllənin 220-ci maddəsində dəyişikliklərə əsasən, ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsini dövriyyənin 6%-i, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün isə dövriyyənin 8%-i səviyyəsində müəyyən etmək təklif olunur. Bu dərəcələr Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarlar üçün müəyyən edilir. Bu dəyişikliklər parlament tərəfindən qəbul olunacağı halda 1 yanvar 2016-cı ildən etibarən qüvvəyə minəcək. Hazırda Azərbaycanda sadələşdirilmiş verginin fərqləndirilmiş dərəcəsi tətbiq olunur. Xüsusilə Bakıda fəaliyyət göstərən sahibkarlar üçün vergi dərəcəsi fəaliyyət növündən asılı olmayaraq dövriyyənin 4%-i, ölkənin digər regionlarında fəaliyyət göstərən sahibkarlar üçün dövriyyənin 2%-ni təşkil edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, illik dövriyyəsi 120 min manatdan çox olmayan fiziki və hüquqi şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Ziya Səccad BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda vergi cərimələri 5 dəfə artır

Azərbaycanda vergi cərimələri 5 dəfə artır

Azərbaycanda ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergilərin azaldılması və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları artır...

1204 İqtisadiyyat 10:43 17 oktyabr 2015

Son xəbərlər