Vaqif Axundov MTN-ə gətirilir?
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun Milli təhlükəsizlik naziri təyin olunacağı gözlənilir. BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi məlumata görə, məlumatı azadliq.info yayıb. Xəbərdə bildirilir ki, son vaxtlar XDMX-dən MTN-ə olan bir sıra transferlər də səbəbsiz deyil, bu, general Vaqif Axundovun MTN rəhbərliyinə gətirilməsi ilə bağlıdır. Saytın yazdığı digər xəbərə görə, "Sədərək” Ticarət Mərkəzində çalışan 50-dən çox sahibkar "MTN işi” ilə bağlı istintaqa çağırılıb. Buna səbəb MTN-dəki şəbəkənin vaxtaşırı "Sədərək” Ticarət Mərkəzindəki sahibkarları şantaj edərək onlardan xərac alması ilə bağlıdır. İstintaq bu məsələnin bütün detallarını üzə çıxarmaq üçün sahibkarların dindirilməsi zəruri sayıb. BAKU.WS
Oxşar xəbərlər
DYP rəsmisi Vaqif Əsədovu tanınmış jurnalist əvəz edəcək
Yaxın günlərdə Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunacaq...