Bakının mərkəzində mağazalar niyə bağlanır?
"Keçən ilin əvvəllərində tıxaclarla mübarizə ilə bağlı yol kənarında qanunsuz avtomobil saxlanması ilə bağlı mübarizə başlanmışdı. Nəticədə mərkəzdəki bir çox küçələrdə maşın saxlamaq olmurdu, bu isə həmin küçələrdə yerləşən mağazaların satış dövrüyyəsinə mənfi təsir etmişdi. Bəziləri bağlandı, bəziləri isə yeni yerlərə köçdü. Belə nəticə məntiqi haldır".
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Rəşəd Əliyev söyləyib. Ekspert hesab edir ki, mərkəzdə yeni obyektlərin tikintisi, yeni ticarət mərkəzlərinin açılması (ordakı icarədarlar göydən düşməyib, əksəriyyəti küçə ticarətindən gəlib) küçədəki ticarət obyektlərinə tələbatı azaltdı:
"Bir çox mağazalar ticarət mərkəzlərinə köçdü. Nəticə etibarı ilə, 2013 və 2014-cü ilin ortalarına kimi ticarət obyektlərinin icarə haqqları əvvəllki kimi qalxmırdı. Yəni 2014-cü ilin ortalarına kimi artıq Bakının bir çox küçələrində satışlarla bağlı böhran yaranırdı, və bu əhalinin alıcılıq qabiliyyətinin artımı dövrünədə təsadüf edirdi.
Eyni zamanda şəhərdə açılmış bəzi ticarət mərkəzləri özünü doğrultmadı (alıcıların cəlb edilməsi və yerləşmə baxımından ). Həmin mərkəzlərdə boş yerlərin olmasıda məntiqi məsələdir".
Mütəxəssisin sözlərinə görə, bütün bu əvvəlki problemlərə əlavə olaraq 2014-cü ilin sonlarından iqtisadi şəraitin pisləşməsi artıq bütün ticarət obyektlərinin satış dövrüyyəsinə mənfi təsir etməyə başlayıb: "Tez-tez mağazaların kütləvi bağlanması haqda məlumatlar yayılır. Nədənsə mən bunu müşahidə edə bilmirəm. Çünki kütləvi dedikdə, hər 3 mağazadan, və ya 4 mağazadan birinin bağlanması nəzərdə tutulur. Belə bir şey varmı? Yox! Sadəcə olaraq boş obyektlərin sayı əvvəlkilərə nisbətən artıb və bu hələki normal səviyyədədi. Sonra necə olacaq bilinmir".
BAKU.WS
Oxşar xəbərlər
Moskvada işləyən azərbaycanlılar böyük aksiyaya başladı (VİDEO)
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlıların da çox çalışdığı "Sadovod” bazarında etiraz aksiyası keçirilir. Ticarət mərkəzində işləyən həmyerlilərim...