Moskvada işləyən azərbaycanlılar böyük aksiyaya başladı (VİDEO)

Moskvada işləyən azərbaycanlılar böyük aksiyaya başladı (VİDEO)
Video
Hadisə 1932

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlıların da çox çalışdığı "Sadovod” bazarında etiraz aksiyası keçirilir.

Ticarət mərkəzində işləyən həmyerlilərimizin BAKU.WS-ə verdikləri məlumata görə, aksiya keçirənlər ticarət mərkəzində yer haqqının aşağı salınmasını tələb edirlər. Onlar böhran səbəbindən ticarətin aşağı düşdüyünü və alverin azaldığını, bu səbəbdən də yer pullarının da salınmalı olduğunu hesab edirlər. 

Qeyd edək ki, "Sadovod” ticarət mərkəzi  10 ildən artıqdır ki,  fəaliyyət göstərir. Ticarət mərkəzi Rusiyanın ən iri topdan satış mərkəzlərindən sayılır. Qeyri-rəsmi məlumatlara görə, burada 5 mindən çox azərbaycanlı çalışır.

Azad Əliyev 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər