Ramil Usubovdan yeni təyinat

Ramil Usubovdan yeni təyinat
Sosial 2948
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Dövlət Yol Polisində növbəti kadr dəyişikliyi edib.BAKU.WS-in Unikal.org-a istinadən məlumatına görə, Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Cavid İsgəndərzadə Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.Sözügedən xəbəri Suraxanı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsindən təsdiqləyiblər. Qeyd edək ki, Suraxanı rayonunun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəis müavini Novruz Abdulla oğlu Qurbani idi. O, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğludur.BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

Goranboy rayon Polis Şöbəsinə yeni rəis təyin olunubBAKU.WS "report"a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə p...

2 Hadisə 16:33 28 avqust 2018

Son xəbərlər