Quduzluq əleyhinə peyvənd istehsalı üçün xammal ALINACAQ
Heyvanlarda quduzluq xəstəliyinə qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) yeni addım atır.
BAKU.WS-in məlumtına görə, Quba şəhərində yaradılan aldadıcı yem şəklində peyvənd istehsalı sahəsi üçün müxtəlif növ xammalların alınması ilə bağlı tender elan edilib.
Satınalma AQTİ tərəfindən həyata keçirilir. Qurumun məqsədi yeni yaradılan istehsal sahəsini xammalla təmin etməklə, quduzluq xəstəliyinə qarşı bioloji təhlükəsiz və effektiv yem şəklində peyvəndlərin yerli istehsalını təmin etməkdir.
Bu təşəbbüs, ölkədə bioloji təhlükəsizlik sahəsində lokal istehsal potensialının inkişafı və epizootik xəstəliklərin qarşısının alınması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlum...