Qramla satılan ətirlər barədə qorxulu faktlar

Qramla satılan ətirlər barədə qorxulu faktlar
Video
Sosial 163

Gözəl görünmək qədər gözəl ətirlə yadda qalmaq da vacib şərtdir. Amma bəzən zövqümüzlə cibimiz üst-üstə düşmür və belə olan halda ağla qramlıq ətir kimi alternativ vasitələr gəlir.

Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğunun nəticələri də göstərib ki, əksəriyyət daha çox cibinə uyğun qiymətə, yəni ətriyyatçıdan qramla aldığı parfümlərə üstünlük verir.

Dermatoloqlar isə həyəcan təbili çalırlar. Hesab edirlər ki, bu cür ətirlər insan dərisində müəyyən fəsadlara, hətta xərçəngə səbəb ola bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı açıqlamasında bildirib ki, bəzi istehsalçılar parfümeriya məhsullarının etiketində buraxılma tarixi və son yararlılıq müddəti haqqında məlumatı göstərmirlər:

"Monitorinq aparsaq, görərik ki, əksər parfümeriya məhsullarının üzərində bu göstərici yoxdur. Ən brend mağazalarda belə parfümeriya məhsulları ya vaxtı keçmiş, ya da saxta olur. Üstəlik, qramla ətirlər meydana çıxıb ki, bu da parfümeriya bazarının necə bərbad vəziyyətdə olduğunu göstərir".

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər