QR ödənişlərdə PROBLEM YARANIB - Bakı Metropolitenindən AÇIQLAMA
Bakı metropolitenində QR-kodla edilən ödənişlərdə problem yaşanır.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Onların sözlərinə görə, hazırda QR-kod ödənişlərindəki problemə görə, bəzi stansiyaların girişində sıxlıq müşahidə edilir.
"Bakı Metropoliteni" QSC-dən isə bildirilib ki, hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur.
Məlumatda qeyd olunub ki, problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacaq:
"Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" elektron ödəniş sistemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur".
Qalereya
Oxşar xəbərlər
Global Media Group 8-ci ildönümünü qeyd edir!
Global Media Group 2017-ci ildən fəaliyyət göstərən media-holdinqdir. Global Media Group-a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanallar...