Qaradağda yeni stadion tikiləcək - 3,8 milyon manatlıq layihə
10
apr
2025
12:10
Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələrində mini-futbol meydançası və idman zalları tikiləcək.
BAKU.WS "Yurd.media"-ya istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi bununla bağlı müvafiq hazırlıqları başa çatdırıb.
Məlumata görə, nazirlik tikinti işlərinin icrasını "Modern Construction" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, tikinti işləri 3,8 milyon manata başa gələcək.
Oxşar xəbərlər
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlum...