Qan təzyiqinin xərçənglə əlaqəsi var?
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər yüksək qan təzyiqi ilə xərçəng riski arasında mümkün əlaqəni müəyyən ediblər. Aparılan tədqiqatlara görə, hipertoniya orqanizmdə iltihabi prosesləri gücləndirərək bəzi xərçəng növlərinin inkişafına şərait yarada bilər.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, uzunmüddətli yüksək təzyiq damarların və hüceyrə toxumalarının zədələnməsinə səbəb olur. Bu da hüceyrə mutasiyalarının yaranması və bədxassəli şişlərin formalaşması riskini artırır.
Tədqiqat nəticələri xüsusilə böyrək, döş və bağırsaq xərçəngi ilə yüksək təzyiq arasında daha güclü əlaqənin müşahidə olunduğunu göstərib.
Həkimlər vətəndaşlara təzyiqi nəzarətdə saxlamağı, sağlam qidalanma və müntəzəm fiziki aktivliklə bu riski azaltmağı tövsiyə edirlər.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...