Prezidentdən dövlət və bələdiyyə torpaqlarının vərəsəliyi ilə bağlı qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında sərəncam verib.
BAKU.WS-in məlumatına görə, prezident Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır ki, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün - doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - qırx doqquz ildən çox ola bilməz.
Qeyd edək ki, dəyişiklikdən əvvəl 250.3-cü maddədə "tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin doxsan doqquz ildən çox ola bilməz" ifadəsi yer alırdı.
BAKU.WS
Oxşar xəbərlər
Prezident Mədət Quliyevə yeni vəzifə verdi
Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam verib. BAKU.WS-in mə...