Prezidentdən bələdiyyə torpaqları ilə bağlı yeni qərar

Prezidentdən bələdiyyə torpaqları ilə bağlı yeni qərar
Siyasət 3010

 

Prezident İlham Əliyev "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunun təsdiq edib. 

BAKU.WS-in məlumatına görə, dəyişikliyə əsasən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 10-cu hissəsinə "vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilir.

9.8-ci maddədə bildirilir ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. 

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyevdən daşınmaz əmlakların sənədləşdirilməsi ilə bağlı fərman

İlham Əliyevdən daşınmaz əmlakların sənədləşdirilməsi ilə bağlı fərman

Prezident İlham Əliyev Azərbaycan "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşın...

5206 İqtisadiyyat 10:16 01 noyabr 2015

Son xəbərlər