Prezident təsdiqlədi: Bu bizneslə məşğul olanlar sponsorluq edə bilməzlər
Azərbaycan prezidenti İlham Əliyev "Tütün və tütün məmulatı haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyib.
BAKU.WS xəbər verir ki, qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının və alışqanlarının reklamı qadağandır.
Qanuna əlavə edilən 20.3-cü maddədə isə qeyd olunur ki, tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda siqaret qəfil ucuzlaşa bilər
"Tütün və tütün məmulatlarının reklamının tam qadağan olunması Azərbaycan istehsalı olan siqaretlərin ucuzlaşmasına səbəb ola bilər". Bu sözləri Trend-ə "Euro...