İpoteka krediti götürmək istəyənlərə şad xəbər - VİDEO
05
apr
2018
21:44
İpoteka krediti üzrə sığorta tarifləri aşağı salınacaq. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, tariflərin 10-15 faiz endirilməsi nəzərdə tutulur.Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə həyat sığorta şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü baş tutub. Görüşdə Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri və İpoteka Fondunun rəhbərliyi iştirak edib. Görüşün əsas müzakirə mövzusu İpoteka Fondunun "İpoteka haqqında" qanunun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi olub.Görüşdə tərəflər mövqelərini ifadə ediblər və məsələnin hər iki tərəfi qane edəcək şəkildə həll olunması istiqamətində təkliflər irəli sürülüb. Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəylinin sözlərinə görə, görüş zamanı ipoteka kreditləri üzrə sığorta tariflərinin endirilməsi barədə razılığa gəlinib.Növbəti görüşdə bununla bağlı görüləcək tədbirlərin ətraflı müzakirə olunması qərara alınıb.BAKU.WS
Oxşar xəbərlər
“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ipoteka kreditləri üzrə İşçi Qrupunun növbəti görüşü baş tutub.BAKU.WS xəbər verir ki, ASA-dan...