Bank of Baku-dan 20% ilkin ödənişlə 100.000 AZN-dək İpoteka Krediti!
25
avq
2017
17:20
Bank of Baku, İpoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi. İndi ev əldə etmək arzusunda olan şəxslər 100.000 AZN-dək İpoteka Kreditini güzəştli şərtlərlə minimal 20% İLKİN ÖDƏNİŞ etməklə əldə edə bilərlər. Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsaiti hesabına Bank of Baku tərəfindən təklif olunan İpoteka Kreditlərinin maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ 8% təşkil edir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;İş yerini və gəlirlərini təsdiq edən sənədlər.Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər. Bank of Baku-nun təqdim etdiyi İpoteka krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla əldə etmək olar.Daha ətraflı:145 Məlumat Mərkəziwww.bankofbaku.com www.facebook.com/bankofbaku
Oxşar xəbərlər
İpoteka ilə ev alanlara şad xəbər
Bu gündən Elektron İpoteka Sisteminin tətbiqinə başlanılıb. "Report" xəbər verir ki, artıq "Azərbaycan İpoteka Fondu"nun vəsaiti hesabına verilən ipoteka kredi...