İpoteka ilə ev alanlara şad xəbər

İpoteka ilə ev alanlara şad xəbər
Sosial 1998

Bu gündən Elektron İpoteka Sisteminin tətbiqinə başlanılıb.

"Report" xəbər verir ki, artıq "Azərbaycan İpoteka Fondu"nun vəsaiti hesabına verilən ipoteka kreditindən istifadə etmək istəyən hər bir şəxs birbaşa internet vasitəsilə onlayn rejimdə Elektron Hökumət Portalına daxil olaraq müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət edə bilər.

Yeni sistemin tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək. 

BAKU.WS

Oxşar xəbərlər

İpoteka krediti ilə ev almaq asanlaşır - VİDEO

İpoteka krediti ilə ev almaq asanlaşır - VİDEO

Məlumdur ki, mənzilə sahib olmaq istəyənlərin bir qismi ipoteka krediti əldə edir. O da sirr deyil ki, ipoteka kreditlərinin alınması elə də asan deyil. Amma av...

1870 İqtisadiyyat 22:28 20 iyun 2017

Son xəbərlər