Prezidentin ipoteka ilə bağlı verdiyi qərar nələri dəyişəcək?
"İpoteka kreditlərinə müraciət bərpa edildi. Bu gün təsdiq edlən yeniliklər arasında diqqəti çəkən məqamlar həm sosial, həm də adi ipoteka kreditləri üçün maksimum məbləğin 50 min manatdan 100 min manatadək artırılması, dövlət büdcəsindən ayrılacaq 50 milyon manat ilə yanaşı istiqrazlar hesabına əlavə 50 milyon manatın, bütövlükdə 100 milyon manatın gələn il ipoteka kreditləşməsinə yönəldilməsi və elektron ipoteka sisteminin tətbiqidir. Elektron müraciətin tətbiqi çox vacib idi".
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bir sıra banklarda ipoteka almaqda süründürməçilik və hətta əlavə ödənişin istənilməsi halları var idi ki, bu da kreditə əlçatanlığı xeyili dərəcə də məhdudlaşdırırdı:
"Elektron müraciət bu neqativ halları aradan qaldıra bilər. Bunun üçün elektron müraciətlərin şəffaf və hesabatlı şəkildə öyrənilməsi və cavablandırılmasına nəzarətin gücləndirilməsi vacibdir. Eyni zamanda, mənzil bazarında qiymətlər yüksək olduğu üçün 50 min manatlıq maksimum hədd də kifayət etmirdi və bu baxımdan bu rəqəmin 2 dəfə artırılmasına ehtiyac var idi".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İpoteka almaq istəyənlərə şad xəbər
"Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları tərəfindən http://www.e-ipoteka.az/ internet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşlardan mürac...